Ənənəvi tibb üsullarından olan bankalanmaq insanlar arasında çox ehtiyac duyulan üsuldur.
Unikal.org bildirir ki, xüsusən soyuqladığında bel ağrıları yaşayan insanlar çarəni bankalanmaqda görürlər.
Bankalandıqdan sonra kürəkdə qalan izlərin yığılan qan izləri olduğu düşünülür. Ancaq banka ilə sovrulub bir yerə yığılan qan deyil, dərinin təbəqələri arasında bədənin toplanmış olan toksinləridir.
Texnologiyanın inkişafına rəğmən insanların çoxunun seçimi ənənəvi müalicə üsullarıdır.
Yüz illərdir müraciət edilən bankalanmaq da bu üsulların başında gəlir. Köhnə bir üsul olan bankalanmaq dəri üzərinə tətbiq edilən balaca bankalarla dərinin təbəqələri arasında yığılmış, qaraciyərin toplamış olduğu toksinləri vakumlayaraq alma üsuludur. Qaraciyər bədənin detoks orqanıdır. Toksinlərlə mübarizə aparan, onları yox edən orqandır. Toksinləri toplayıb dərinin altında yığar. Dəri üç təbəqədir. "Epidermis" dediyimiz ən üst təbəqə ilə "dermis" dediyimiz alt təbəqə arasında qaraciyər toksinləri yığılar. Biz də banka vasitəsilə həmin toksinləri vakumlayaraq sovururuq.
Bankalanma müddəti 10-45 dəqiqə kimi davam edə bilər. Bankalanmağın hafizəni gücləndirdiyi deyilir. Bankalanmağın iki faydası var. Biri toksinləri vakumlayaraq bayıra çıxarmaq, ikinci mənəvi dəstək. Bir çox psixoloji problemlərdə bankalanmaq təkbaşına şəfadır.
Tibbi bacarıq şərtdir
Bankalanma bacarığı bu haqda məlumatı olan insanlar tərəfindən edilməlidir. Yan təsirləri nəzərə alaraq bu işdə diqqətli olmaq lazımdır. Toksinlər sovrularaq çıxarıldığı anda insanın immunitet sistemi yenidən dövrəyə girir.