Tovuz sakini olan 71 yaşlı Fariz Əhmədov səhər tezdən yaşadığı ərazinin yaxınlığındakı parka gedərək təmizlik işləri görür.

Unikal.org xəzərxəbər-ə istinadən xəbər verir ki, o gecə saatlarınadək parkın təmizliyi ilə məşğul olur və bu işləri təmənnasız görür. Özüdə 6 ildir ki,bu işlə məşğuldur.

Hər gün səhər tezdən velosipedi ilə yaşadığı ərazinin yaxınlğında yerləşən parka gəlir. İlk işi isə "Qəhrəmanlar Parkı"-nda xatirəsi əbədiləşirilən Sovet İttifaqı Qəhrəmanlarına dualar oxumaq olur. Sonra isə camaat yuxudan qalxanadək 2 hektaradək sahəsi olan ərazini süpürüb təmizləyir, zibilləri aparıb atır. Bundan sonra ağacların, kolların budanması, suvarılması ilə məşğul olur. Tovuz sakini, 71 yaşlı Fariz Əhmədov 6 ildir ki, bu işi təmənnasız olaraq sevə-sevə görür.

Günün çox hissəsini parkda keçirən Fariz kişiyə ailə üzvləri də kömək edir. Onun mükafatı isə nəvələrini parka gətirib gəzdirən, istirahət üçün gələn adamların təşəkkürü olur.

Sakinlər Fariz Əhmədova təşəkkür edərək , övladlarına onu xeyirxah insan kimi təqdim edirlər.

Fariz Əhmədov ömrünün sonunadək bu parkda işləyəcəyini deyir.