Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini parlamentin Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azadılmasını təklif edib.
Unikal.org xəbər verir ki, parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında S.Novruzov deyib ki, 2019-cu ildə bələdiyyə seçkiləri keçiriləcək.
Onun sözlərinə görə, bələdiyyə ilə bağlı kifayət qədər qanun var: "Hesab edirəm ki, bunun təkmilləşməsinə ehtiyac var. Bu, onların fəaliyyəti, səlahiyyəti ilə bağlı deyil, orada say baxımından prosedur qaydasının təkmilləşdirilməsi bağlı olmalıdır. Hazırki bələdiyyə üzvlərinin sayı həddən artıq çoxdur. Elə rayon var ki, 500-ə yaxın bələdiyyə üzvü var. Onların sayı azaldılmalıdır, bu, həm də işin çevikliyinə xidmət edəcək".