Bakıda qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alaraq 1 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilən 4 nəfərdən birinin vəziyyəti ağırlaşıb.

1 saylı şəhər Kliniki Tibbi Mərkəzdən Unikal.org-a verilən məlumata görə, ağır vəziyətə xəstəxanaya yerləşdirilən 4 nəfərdən 3-ü əməliyyat olunaraq palataya köçürülüb və vəziyətləri stabilləşib.

Yalnız bir nəfərin vəziyyəti ağır olaraq qalır. Güclü zərbə nəticəsində 1983-cü il təvəllüdlü Aygün Babayeva böyrəyi partlayıb. A.Babayevə cərrahi əməliyyatdan sonra böyrəyinin biri götürülüb. Hazırda səhhəti ağır olaraq qalır.

3 saylı Şəhər Klinik Xəstəxanasından Unikal.org-a verilən məlumata görə, qəza nəticəsində xəsarət alan 27 nəfərdən 18 nəfəri dünən evə buraxılıb. 9 nəfərdən 4-ü isə bu gün evə buraxılıb. Qalan 5 nəfər (2-si kişi, 3-ü qadın) reanimasiyadadır. Onların da səhhətləri normaldır. Yalnız Aşurova Şəhlanın vəziyyəti gecə ağırlaşsa da, həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub.