Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Etibar Abdullayev işdən çıxarılıb.

Unikal.org xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb.

Digər əmrlə Eldar Zeynalov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin edilib.

E.Abdullayevə isə qurumun Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdir müavini və sektor müdiri vəzifəsi həvalə olunub.