Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı şikayət daxil olmayıb.

Bu barədə Unikal.org-un  sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
"BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı anonim olmadan İdarənin (012) 599-12-22 nömrəli telefonuna və ya Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt xidmətinə müraciət edilməsi tövsiyə olunur", - İdarədən qeyd olunub.