Bakıda qadının 20 000 manatlıq qızıl əşyaları soyğunçuluq yolu ilə alınıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də paytaxt sakini olan bir qadının 20 000 manat dəyərində qızıl əşyalarını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Xırdalan şəhər sakini Arif Bayramov saxlanılıb.