"Rabitəbank ASC öz kredit portfelinin həcmini 300 milyon manata çatdıra bilib.
Unikal.org xəbər verir ki, cari ilin əvvəlindən bu göstərici 234 milyon manat təşkil edirdi və cari ilin 3-cü rübünün yekunlarına görə kredit portfelinin artım həcmi 28% təşkil edib.
Artım əsasən sahibkarlara və korporativ müştərilərə verilən kreditlər və sahibkar olmayan fiziki şəxslərə verilən nağd pul və ipoteka kreditləri hesabına baş verib. Bu ilin əvvəlindən Rabitəbank aktiv kreditləşməyə start vermişdir və hal-hazırda Sahibkarlığın İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, AR İpoteka və Kredit Zəmanət Fondu ilə sıx əməkdaşlıq edir.
Sahibkarlıq üçün verilən kreditlər illik 5%-dən başlayaraq komissiya olmadan müştərilərə təklif olunur. Bundan başqa, müxtəlif istehlak məqsədli kredit kampaniyaları davam edir. Bu kampaniyalar çərçivəsində xanımlara illik 14.9%-la kreditlər təklif olunur. Qeyd olunan kampaniyalar Bankın 25 illiyi ilə əlaqədar ilin sonuna kimi davam edəcək.
Biznes kreditləri üzrə ölkəni gabagcıl banklarında biri olan Rabitəbank hər zaman sahibkarlığın inkişafı istiqamətində müştərilərə fərqli və marağlı təkliflər təqdim edir.
Daha ətraflı məlumatı Bankın 133 saylı qısa nömrəsi ilə ələqə saxlayaraq əldə edə bilərsiniz.
25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 25 xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün www.133.az saytına daxil olmaq və ya Bankın 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.