Kapital Bank neft sahəsində işləyənlər üçün yeni güzəştli kredit aksiyası təqdim edir. Aksiyadan əmək haqqını Kapital Bank kartları ilə almayan neftçilər də yararlana biləcəklər.
Unikal.org xəbər verir ki, aksiya çərçivəsində, kreditin illik faiz dərəcəsinə 5%-dək endirim edilir. Üstəlik kredit götürənlərə BirKart hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər. Aksiya 31 oktyabr 2018-ci il tarixədək keçirilir.
Qeyd edək ki, Kapital Bank-da "Gündəlik tələbat kreditinin məbləği 300 - 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı - www.kapitalbank.az/loans/cash?hl=az .
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.