Cəlilabad rayonunda dayı bacısı oğlunu qətlə yetirib.
Unikal.org xəbər verir ki, rayonun Qarazəncir kəndində 57 yaşlı Mehman Cəfərov evinə qonaq gəlmiş bacısı oğlu 24 yaşlı Ramil Manafovla aralarında yaranan mübahisə zəminində onun döş qəfəsindən xəsarət yetirib.
R.Manafov aldığı xəsarətdən xəstəxanaya aparılan zaman dünyasını dəyişib. M.Cəfətov saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.