"Transadriatik qaz kəməri (TAP) Albaniyada çoxsaylı obyektləri qazla təmin etməyə imkan verəcək.
Unikal.org xəbər verir ki, bunu "trend-ə Albaniya infrastruktur və energetika nazirinin müavini Enis Aliko bildirib.
O bildirib ki, TAP konsorsiumu Fieri şəhərinin yaxınlığında boru kəmərinin çıxış nöqtəsini tikəcək: "Bu, Albaniyaya TAP vasitəsilə qaz almağa imkan verəcək. Bu, həmçinin qazla işləyən Vlyora elektrik stansiyasının işini bərpa etməyə kömək edəcək.
Nazir müavini əlavə edib ki, bu qaz kəməri Albaniyaya iki neft emalı zavodunu, eləcə də Fieridə ağır neft istehsalı zavodunu qazla təmin etməyə imkan verəcək:
"TAP ölkəni tamamilə qazlaşdırmağa imkan verəcək və bunun sayəsində ölkə payız-qış dövrlərində elektrik enerjisi idxal etməli olmayacaq.