Astara rayon sakini qardaşını bıçaqlayıb.

Unikal.org-un report-a istinadən verdiyi xəbərə görə, Səməd Vurğun küçəsi, ev 117-də yaşayan, 1962-ci il təvəllüdlü Beytulla Məni oğlu Xəlilova qardaşı Akif tərəfindən bıçaq xəsarəti yetirilib.

Yaxınlarının bildirdiyinə görə, hər iki qardaş bir həyətyanı evdə yaşayır. B.Xəlilov avtomobil təmiri ustasıdır. Qardaşı onun həyətdə avtomobilləri təmir etmək üçün istifadə etdiyi yerə odun yığıb.Bu zaman onlar arasında mübahisə yaranıb. Mübahisə zamanıAkifBeytullanı bıçaqla vurub.

Yaralı təcili tibbi yardım avtomobili iləLənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onadöş qəfəsinin sol nahiyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.