"Bu ilin sonuna qədər Azərbaycanda 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq".
Unikal.org xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.
Nazirin sözlərinə görə, hazırda Bakıda bir xətt üzərindən üç xidmət - telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir: "Bu layihələr nəticəsində ilin sonuna qədər 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq. Bundan başqa, hesabat dövrü ərzində ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb. Beynəlxalq səs trafikinin etibarlığını və təhlükəsizliyini təmin etmək məqsədilə cari ildən etibarən Beynəlxalq Telefon Stansiyasının üç ehtiyat sistemi istismara verilib".
"Görülən işlər nəticəsində ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında "İctimai WiFi istifadəyə verilib", deyə o, əlavə edib.