Tovuz rayonunda sərxoş kişi 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Unikal.org "report"a istinadən xəbər verir ki, hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Dərs hazırlığından qayıdan 2 yeniyetmə qız kənd ərazisində , Tovuz rayon sakini, 1971-cü il təvəllüdlü Raqib Vaqif oğlu Mehrəliyev adlı sərxoş kişinin hücumuna məruz qalıb.

Sərxoş kişi əlindəki butılkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız, 11 yaşlı Ə.M-ova qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlamaya cəhd edib.

Lakin yaxınlıqdakı şəxslərin səs-küyə gəlməsi səbəbindən məqsədinə nail ola bilməyib. Sərxoş şəxs tutularaq Tovuz rayon Polis Şöbəsinə aparılıb.

Kürək, ayaq və qollarından sıyrıq və əzik xəsarətləri alan yeniyetmə isə yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.