Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov etmək qadağan olunan ərazilərin adlarını açıqlayıb.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, bu ərazilər aşağıdakılardır:
Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri;
Xəzər dənizinin adaları;
yaşıl zonalar;
şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr;
xüsusi mühafizə olunan ərazilər;
sanitar-mühafizə zonaları.