BBC televiziyası 20 ildir Böyük Britaniyada yaşayan İmam Süleyman Qanini İŞİD-in dəstəkçisi olaraq təqdim etdiyinə görə ondan üzr istəyib.
Unikal.org axar.az-a istinadən bildirir ki, BBC-nin aparcısı Andrey Neil Qanini İŞİD-i dəstəkləyən şəxs kimi təqdim etdiklərinə görə verilişlərin birində ondan üzr istəyib:
 "Qaninin İŞİD terror qruplaşmasının dəstəkçisi olaraq görmürük. İmam Qani İŞİD-in törətdiklərinə qarşıdır. BBC onun haqqında işlədilən ifadələrə və əsassız ittihamlara görə özündən üzr istəyir"- Neil bildirib.
 Neil ölkənin aidiyyatı orqanlardan bu məsələyə aydınlıq gətirilməsini də tələb.
 Qeyd edək ki, bundan öncə imam haqqında bənzər ifadələr işlədən Devid Kemeron da ondan üzr istəmişdi.