Türkiyədə SOCAR-a məxsus "Star" neft emalı zavodunun rəsmi açılış mərasimi oktyabrın 19-a planlaşdırılıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bildirib.
Bir müddət əvvəl qeyd olunmuşdu ki, neft emalı zavodu 2019-cu ilin yanvar ayında tam istehsalat gücünə çatacaq.
Qeyd edək ki, "Star" neft emalı zavodunda 60 faiz pay "Rafineri Holding" şirkətinə, 18,5 faiz pay "Turcas Petrol"a, 40 faizi isə SOCAR-a məxsusdur.