Region və biz...
12:57 11-09-2012
İQTİSADİYYAT
Region və biz..
Azərbaycan strateji yanaşmalarında sərtləşir
2013-cü il prezident seçkiləri yaxınlaşdıqca region ölkələrinin həmçinin ,regionda maraqları olan dövlətlərin intensivləşməyi başlayır. Hazırda bu kativləşmənin episentrində olan dövlətlərdən biri də Azərbaycandır. Azərbaycanın hazırkı durumu və ətraf mühitlə münasibətləri artıq yeni fazadadır. Bu faza dünənki mühitdən kifayət qədər fərqlidir.
Dünənki Azərbaycandan fərqli azərbaycan deyil və bu baxımdan ölkəmizə yanaşmada da fərqli nüanslar ortaya çıxır. Bunlar nədən ibarətdir. 2005- ci ilə qədər Azərbaycan dünyada daha çox investisiya mərkəzinə çevrilmək, dünya bazarında müəyyən yerlər tutmağa çalışır və bunun qarşılığında balanslaşdırılmış siyasət yeritməklə həm də beynəlxalq transmilli şirkətlərin maraqlarını təmin etməyə çalışırdı. Bu sözsüz ki, kifayət qədər gərgin bir mühit idi və etiraf etmək lazımdır ki, Azərbaycan bu prosesləri həyata keçirəndə bəzən Rusiya-İran-Türkiyə kimi qonşu dövlətlərin maraqlarınıda həyata keçirməyə çalışırdı. Bununla yanaşı həmin ərəfədə də dünyanın ğözündə qlobal dəyişikliklər hiss olunmağa başlamışdı. Bir tərəfdən dünyada iqtisadi böhranın qaçılmazlığı, digər tərəfdən isə şərq dövlətlərinin kifayət qədər iddialı görünməsi və qərb, o cümlədən ABŞ üçün yeni bazarların yaradılması zərurətə çevrilmişdi. Bu isə tədiqləyirdi ki, dünya qlobal və radikal dəyişikliyə getməlidir. Çünki bu yeni çıxış yolu ola bilərdi. Artıq ABŞ analitikləri də hesab edirdi ki, ABŞ iqtisadi böhrandan və baş verən katilzmalardan o halda çıxa bilər ki, kənarda ki, dayaqlarını daha da möhkəmlətsin. Bunun fəsadları isə bir tərəfdən keçmiş MDB dövlətlərində, bu biri tərəfdən isə dünya neft bazarına, strateji məsələlərə köklü təsir edən Şərqi Afrika ölkələrində inqilabların başlanması ilə müşahidə olundu. Əslində isə daha çox ehtimal edilirdi ki, bu proseslər MDB ölkələrində daha sürətli həyata keçiriləcək və bununla Rusiya nail olduğu monopolist siyasətdən imtina edəcək. Nəticə də keçmiş sovetlər ölkələrində ki, siyasi təsirləri azalacaq və dünya yeni bazarlara sahib olacaq. Ukrayna. Gürcüstan kimi ölkələrdə bu artıq sınaqdan çıxarılmışdı. Bu o ərəfə idi ki, Azərbaycan artıq yeni bir siyasi mühitə düşmüşdü və qərbin enerji təhlükəsizliyində həll edici rola sahiblənmişdi. Amma Şərqi Afrika ölkələri sübut etdi ki, MDB məsələsi ikinci plana keçir və şərqdə başlanan tərpəniş Çin və İranda öz əks-təsirini yaradandan sonra Rusiya və MDB ölkələrində qabarıq proseslərin şahidi olacağıq. Bu həm də o zaman idi ki, Azərbaycan artıq fərqli siyasət yürütməyə, balanslı siyasəti, Azərbaycan maraqlarına xidmət edən siyasətlə əvəzləyirdi.
Kənar təsirlərin nəticəsi
Artıq Şərqi Afrikada baş verən proseslərin qarşısını almaq mümkünsüzdür və bu gün Suriya kimi dövlətə dəstək verməyə çalışan Rusiyanın özünün geri çəkilməsini müşahidə etmək təsadüfü deyil və hesab etmək olar ki, Rusiya bu məsələlərdə güzəştlərini daha da artıracaq və bunun qarşılığında , regiona təsirini artırmaqla keçmiş sovetlər birliyində təsirini qoruyub saxlamağa çalışacaq. Bu isə ilk növbədə Azərbaycan xəbərdarlıq sayıla bilinər.Bəs Azərbaycanın bu gün qüsurları və müsbətləri necədir və proseslərin sonrakı gedişində nələr olacaq?
Dəyişən regionda
Azərbaycan
Bu gün hansı resurslarla bu proseslərdə iştirak edir. İlk növbədə gəlin Azərbaycan üçün problemlər yaradan nüanslara baxaq.
1. Dağlıq Qarabağ problemi hələ də həll olunmayıb və Rusiya bu məsələdə Ermənistana daha açıq mövqe sərgiləyir. Beynəlxalq təşkilatlarda bu məsələyə yanaşmada ikili standartlar hələ də mövcuddur.
2. Azərbaycan regional maraqlarını nəzərə alaraq xarici siyasətində daha çevik və riskli addımlar atmalı və bu proses həyata keçirilməlidir. Bunun nəticəsində qonşu dövlətlərdən Rusiya və İranla maraqların toqquşması ehtimalı.
3. İqtisadi böhrandan maksimum dərəcədə kənarda qalmalı və NABUCCO layihəsi kimi layihədə siyasi və iqtisadi maraqları yenidən nəzərə almalı. Bu məsələlər isə sözsüz ki, Azərbaycan üçün həm də müəyyən gərginliklər yarada biləcək.
Azərbaycan üçün
əlverişli imkanlar.
1. Azərbaycan dünyada dünən ki, Azərbaycan d eyil və dünənə qədər investisiyaların cəlbi ilə ayağa qalxmağa çalışan Azərbaycan bu gün investor ölkəsinə çevrilib və yaxın 10 il ərzində Azərbaycan Avropa və Şərqi Avropada daha ciddi dayaqlara sahib ola biləcək.
2. İki tərəfli və çox tərəfli sazişlərlə Azərbaycan qərbin enerji təhlükəsizliyi proqramında daha ciddi mövqelər qazana bilir.
3. Azərbaycanda regional imkanlarını genişləndirir və nəticədə Gürcüstan kimi dövlətlərin belə təhlükəsizliyinə bəzi hallarda sahiblənə bilir.
Beləliklə real səhnə göz qabağındadır. Bəs burda təlaş yaradan nüanslar nədən ibarətdir? Bu gün Azərbaycan regionda söz sahibinə çevrilir və nəticədə ikinci, üçüncü dərəcəli ölkə obrazından aparıcı ölkə obrazına keçid edir. Bu isə istər regionda maraqları olan, istərsə də regionda mövcud olan ölkələrlə üz-üzə gəlmək kimi reallığı yaradır. Sirr deyil ki, Rusiya və İran hazırda Azərbaycanla münasibətlərini nə qədər dərinləşməsinə çalışırlarsa, bir o qədər də Azərbaycanın zəifləməsində, təsir altında olmasına cəhd edirlər. Eyni zamanda bu gün qərb və ABŞ azərbaycanda maraqlarının nə qədər təmin eilməsinə cəhd edirlərsə bir o qədər də daha çox iddiası olmayan Azərbaycana sahiblənməyə çalışırlar. Tutalım ABŞ analitiki Bzejinski kimi analtiklər nə qədər düşünürsə ki, bu bölgədə siyasi hakimiyyətlərini sabitliyini qorumaqla ABŞ maraqlarını təmin etmək mümkündür, bir o qədər də elə qruplaşmalar var ki, onlar hesab edir ki, mütləq yeni siyasi mühit yaratmaqla ABŞ Maraqları təmin olunmalıdır. Bu isə sözsüz ki, Azərbaycana daha ehtiyatlı siyasi gedişlər etmək məcburiyyəti yaradır. Bəs belə olan halda nə etməli?
Fakt budur ki, İranda vəziyyət get-gedə gərginləşir və bu gərginliyin hədəflərindən biri kimi də Azərbaycan göstərilir. Azərbaycan dəfələrlə İranla strateji müttəfiqliyi qoruyub saxlamağa çalışsada, İran fərqli münasibət sərgiləyir və belə bir nəticə orataya çıxır ki, İran bu gün Çin-İran-Rusiya düz xəttində ya Azərbaycanı görmək istəmir , ya da Azərbycanın qeyri-şərtsiz iflic hala salınmasına çalışır. Bu isə Azərbaycanın maraqlarına heç bir halda cavab vermir və bu səbəbdən Azərbaycan son 6 ay ərzində dövlət maraqlarını təmin etmək üçün apardığı siyasətin radikallığını kifayət qədər artırıb. Çünki Suriyada baş verənlər təsdiqləyir ki, hadisələrin inkişafı tam fərqlidir və yaxın 10 il ərzində , hətta bəzi məqamlarda yaxın 3-5 ildə kifayət qədər ciddi süiprizlər ortaya çıxacaq. Belə olan halda Azərbaycan qərb, NATO və ilk növbədə Türkiyə ilə münasibətlərə yenidən baxmalı və daha həlledici manevrlər həyata keçirtməlidir. Bu günlərdə Türkiyə -Azərbaycan münasibətlərində ki, yeni mərhələ də ciddi araşdırılmalıdır.
O cümlədən Türkiyə baş nazirinin Azərbaycana səfəri də . “Regionda tezliklə böyük dəyişikliklər olacaq, ehtiyyatlı olmalıyıq”. Bu fikirləri politoloq Vəfa Quluzadə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən bildirib. Politoloqun sözlərinə görə, Ərdoğanın Bakı səfəri Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir.
V.Quluzadə həmçinin onu da bildirib ki, Ərdoğan Azərbaycanda Dağlıq Qarabağ məsələsini də müzakirə edəcək:“Azərbaycanla Türkiyə arasında geniş strateji əməkdaşlıq var. Ona görə, Ərdoğanın səfəri zamanı bu iki ölkə arasında müzakirə ediləcək çox mühüm məsələlər var. Təbii ki, Ərdoğanın Bakıya səfəri bizim üçün çox əhəmiyyətlidir. Mən hesab edirəm ki, Ərdoğanın səfəri zamanı Azərbaycanın təhlükəsizliyi və müstəqilliyinin qorunması ilə bağlı məsələlər geniş müzakirəyə çıxarılacaq. Ərdoğan da təbii ki, gözəl bilir ki,Azərbaycan olduqca təhlükəli regiondadır. Belə desək, Azərbaycanın yerləşdiyi yer çox ölkə üçün şirnikdiricidir. Bir tərəfdən Rusiya, bir tərəfdən İranın apardığı anti-təbliğat bizim üçün çox təhlükəlidir. Ona görə, bizim güvəndiyimiz yeganə dövlət Türkiyədir. Bu baxımdan Ərdoğanın səfərindən sonra düşünürəm ki, Azərbaycanın təhlükəsizliyi daha da artacaq. Təbii ki, Türkiyənin baş nazirinin ölkəmizə səfəri zamanı Dağlıq Qarabağ məsələsinin də müzakirə ediləcəyi gözlənilir. Hesab edirəm ki, yaxın zamanlarda bizim regionda böyük dəyişiklik olacaq. Rusiya başqa dövlətə çevriləcək. Ola bilsin ki, bundan sonra Qarabağla bağlı mühüm dəyişiklik baş versin”.
Analitiklər hesab edir ki, Vəfa Quluzadə ümumi fikirlərində dağlıq Qrabağa daha çox önəm versə də əsas məsələ budur ki, hazırda Azərbaycan Türkiyə timsalında Avropadan təhlükəsizliyi ilə daha ciddi qarantiyalar almalıdır. Çünki hazırda İranda iqtisadi çöküş prosesi gedir və yaxın 3-4 ayda bunun daha acı nəticələri görünəcək və bu səbəbdən İran daha radikal addımlara gedəcək, Rusiya isə regionda hərbi gücünü qorumaq üçün indidən ordu hissələrini regiona cəlb edib. Çünki region barıt çəlləyinə dönüb və adi partlayış ziqzaqvari partlayışlara əsas verəcək.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00