Bakıda evdən 4 min manatlıq əntiq əşyalar oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Nəsimi rayon Polis idarəsi 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 4000 manat dəyərində əntiq əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elvin Mərdiyev saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Araşdırmalar davam etdirilir.