Badamdar sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Unikal.org-a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqin nəticələrinə əsasən, sahədə nisbi stabil gərginlik qalmaqdadır: "Divarı uçan hasarın içərisində olan tikilinin bünövrəsinin alt hissəsində torpaq qatı nəm haldadır, xırda uçqunlar və torpaq qopmaları baş verir".