"Azəri Faktorinq və Lizinq Şirkəti QSC ləğv olunduğunu elan edib.
Unikal.org xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumatda deyilir ki, şirkətin kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev80/1, mənzil 39 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Azəri Faktorinq və Lizinq Şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır.