Tamerlan Qarayevin Bakıya gəlişindən kimlər narahat olub?
13:00 11-09-2012
CƏMİYYƏT
Tamerlan Qarayevin Bakıya
gəlişindən kimlər narahat olub?
Hazırda səfir olan vitse-spikerin Azərbaycana dönüşünün narahatlıq yaratmasının səbəbi var
Azərbaycanın Çindəki səfiri Tamerlan Qarayevin ötən həftə bir həftəliyə Bakıya gəlməsi mətbatda və cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu, xeyli fikirlər səsləndi. Kimlərinsə Qarayevin bu gəlişindən narahatlıq keçirdiyi aydın görünürdü, hiss olunurdu ki, səfirin bu gəlişinə siyasi rəng vermək meylləri güclüdür.
Sabiq vitse-spiker olan hazırkı diplomatımızın paytaxta bir həftəlik dönüşü ilə onun adı ətrafında ajitoaj yaradılması son bir ildə ikinci haldır. Bundan təxminən bir il əvvəl Tamerlan Qarayevin oğlunun Xarici İşlər Nazirliyindəki vəzifəsindən azad olunması barədə də mətbuatda məlumat yayıldı, ilk dəfə "Unikal"ın verdiyi xəbər ölkə gündəminə bomba kimi düşdü və müzakirələr yaratdı.
Sonradan hörmətli Qarayevin münasibət bildirmək məcburiyyətində qaldığı həmin xəbər ətrafında müzakirələrlə bağlı önə çıxan fikirlərdən biri də bu idi: Tamerlan Qarayevin Bakı ilə əlaqələrinin qalmasından narahat olan iqtidariçi çevrələr var və onlar hər fürsətdə Çindəki səfirimizin Azərbaycanla ilişkilərinin tam qopmasını istəyir, buna çalışırlar.
Eyni prosesin Çin səfirimizin Bakıya gəlişi sırasında da yaşanması maraqlı məqamlardan xəbər verir. Daha böyük bir ehtimalla belə bir düşüncə içində olmağa imkan verir ki, həqiqətən də Tamerlan Qarayev iqtidar daxilində hansısa çevrələrə sıxıntı yaradır. Xüsusilə onun "Qarabağ bölgəsinin nüfuzlu nümayəndəsi" kimi təqdim edilməsi bu sıxıntının daha çox siyasi səbəbli olduğunu, 2013 prezident seçkilərindən qaynaqlandığını düşünməyə əsas verir.
Amma bizdəki bəzi duyumlar Tamerlan Qarayevlə bağlı hakimiyyət kulislərində heç bir narahatlıq yaratmadığı yönündədir. Belə bir ehtimal daha yüksəkdir ki, sabiq vitse-spikerin diplomatik missiyadan çəkilib hökumətdə hər hansı yüksək posta təyin olunmaq istəyi var, o da bir ehtimaldır ki, bu postun hansı və yaxud hansılar ola biləcəyi də kimlər tərəfindən ya bilinir, ya da təxmin olunur. Bu da həmin post və ya post sahiblərində Qarayevə qarşı qıcıq yarada və əks-həmlə üçün stimul formalaşdıra bilər.
Biz Qarayevin hökumətdə hansısa vəzifə almaq istədiyi yönündə ehtimalları dəqiqləşdirəcəyik. Hələliksə bu mövzunu keçmiş vitse-spiker olan hazırkı səfirin adının iqtidar kulislərində birmənalı qarşılanmadığının dəqiq olduğunu söyləməklə qapadaq.
Murad Can
Digər Xəbərlər
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52