Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Unikal.org-a verilən məlumata görə, saat 21:00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən sürüşmə sahəsində aktivlik davam edir. Sürüşmə kütləsinin torpaq qatının kənarlarında çatlar müşahidə edilir. Ara-sıra uçqunlar baş verir.
Gün ərzində yağan yağış sürüşmə sahəsində uçqun və töküntü proseslərinin dinamikasında artıma səbəb olub. Sürüşmə sahəsinin sağ və sol hissələrində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb.