Lənkəran rayonunda ikimərtəbəli ev yanıb, 70 yaşlı qadın yanıq xəsarətləri alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Lüvəsər kəndində baş verib.
Belə ki, ikimərtəbəli evin ikinci mərtəbəsi tamamilə yanıb. Hadisə zamanı evdə tək olan 1948-ci il təvəllüdlü Nəzakət Adıgözəlova qonşuların köməyi ilə xilas edilib. O, yuxarı ətrafların yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yanğına qaz cihazı ilə ehtiyatsız davranış səbəb olub.
Hadisə yerinə FHN-nin iki yanğınsöndürən texnikası cəlb olunub. Evin qalan hissəsi yanğından qorunub.