Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının 130-cı kilometrliyində,rayonun Muğan qəsəbəsində qeydə alınıb.
Belə ki,"Mercedesmarkalı avtomobil yolu keçmək istəyən rayonun Udulu qəsəbə sakini, 1950-ci il təvəllüdlü Ağacəfər Dənyar oğlu Səfərovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
A.Səfərovun Hacıqabul rayon Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.