"ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xüsusi rol oynaya bilər".
Unikal.org-un "aysor.am" saytına istinadən verdiyi xəbərə görə, bunu Almaniya Federativ Respublikasının Ermənistandakı səfiri Matias Kisler deyib. O xatırladıb ki, Almaniya ilin sonuna qədər ATƏT-ə sədrlik edəcək, ona görə də münaqişənin nizamlanmasında xüsusi və vacib rol oynaya bilər.
Səfir qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Frank Valter Ştaynmayer şəxsən münaqişənin həllində maraqlıdır: "O, problemin həlli istiqamətində fəaliyyət göstərməyə hazırdır və bunun üçün əlindən gələni edəcək".