Azərbaycanda nişanlı qız çıxılmaz vəziyyətə düşüb.
Unikal.org xəbər verir ki, bu barədə "Space TVdə yayımlanan "Kamranın Məsləhətxanası verilişində danışılıb. Verilişə zəng vuran gənc xanım sevdiyi oğlanla rəfiqəsinin ona xəyanətindən danışıb.
"Sevdiyim oğlanla 3 aydır nişanlıyam. Onu çoxdan tanımışam və güvənmişəm. Başqa güvəndiyim insan, rəfiqəmlə sevdiyim şəxsin münasibətdə olduğunu hiss etmişəm. Hər ikisinə güvənmişəm. Heç ağlıma gəlməyən bir şey başıma gəldi, - deyə gənc qız bildirib.
Verilişdə telefonla bağlantı yaradan xanım hər iki şəxsi itirməkdən qorxduğunu dilə gətirib. O, hər ikisini birgə tutsa da, bu barədə nə nişanlısına, nə də rəfiqəsinə bir söz deməyib:
"Evdəkilərə də bir söz deməmişəm. Çünki bilirəm desəm, evdə problem yaranacaq. Nə rəfiqəmdən keçə bilmirəm, nə də nişanımı qaytarmaq istəmirəm.