Gələn il dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ("Qaçqınkom) ayrılacaq vəsait artırılır.
Unikal.org-a xəbər verir ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfinə əsasən, 2019-cu ildə komitəyə 2 milyon 705 min 359 manat vəsaitin ayrılması planlaşdırılır.
Bu məbləğ 2018-ci ildəki məbləğdən 516 min 281 manat çoxdur.
Qeyd edək ki, Azərbaycanda dövlət büdcəsindən səhiyyə və təhsil sahəsinə ayrılan vəsait də artırılır.