
Ukrayna prezidenti Petro Poroşenko NATO-nun keçmiş baş katibi Anders Foq Rasmusseni özünə müşavir təyin edib.
Unikal.org-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq fərman Poroşenkonun rəsmi saytında dərc olunub.
Qeyd edək ki, A. Rasmussen 2009-2014-cü illərdə NATO-nun baş katibi kimi fəaliyyət göstərib.