Göygöl rayonunda 79 yaşlı kişi hündürlükdən yıxılıb ölüb.
Unikal.org Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Molla Cəlilli kəndi ərazisində baş verib.
Kəlbəcər rayonunun Qılınclı kəndində qeydiyyatda olan, Göygöl rayonunun Murovdağ qəsəbəsində məskunlaşmış, 1939-cu il təvəllüdlü Bayramov Xanlar Bəylər oğlu Molla Cəlilli kəndindəki quşçuluq fermasında nərdivanda elektrik işləri görərkən nərdivanın söykəndiyi şifer qırılıb.
Nəticədə nərdivanın yuxarı hissəsindən yıxılan X.Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb.