Amerikalı hərbçilər İraqın Əl-Fəlluca şəhərində yerləşən İŞİD qruplaşmasının lideri Maher əl-Bilauinin öldürülməsi xəbərini təsdiqləyiblər.
Unikal.org «RİA Novosti»yə istinadən xəbər verir ki, bununla bağlı keçirdiyi telebrifinqdə Pentaqonun Bağdaddakı rəsmi nümayəndəsi Stiven Uorren jurnalistlərə bildirib: «Biz 70-dən çox yaraqlı məhv etmişik ki, bunların arasında əl-Bilaui də var».
Onun sözlərinə görə, bombardman srağagün həyata keçirilib.
Eyni zamanda, Uorren İŞİD-in daha bir lideri — Fransa vətəndaşı Fabyen Kleynin öldürülməsi barədə heç bir məlumatı olmadığını deyib. «Şübhəsiz ki, biz bu xəbərləri görmüşük. Lakin mən bu barədə heç nə deyə bilmərəm», - Pentaqon rəsmisi qeyd edib.