Moskva-Gəncə reysi ilə uçan təyyarədə azərbaycanlı qadın ölüb.
Unikal.org report-a istinadən xəbər verir ki, Şəmkir rayon sakini, 1956-cı il təvəllüdlü Zöhrə Quliyevanın təyyarədə qəfildən halı pisləşib. Ona ilkin tibbi yardım olunsa da həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə Z.Quliyeva ankoloji xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.