İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb.
Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında rayonun Şahverdili kəndi ərazisində qeydə alınıb.
 
"Mercedes" markalı avtomobil hələlik şəxsiyyəti məlum olmayan 20-25 yaşlı velosipedçini vurub. Nəticədə velosipedin sürücüsü ağır kəllə-beyin travması ilə, komatoz vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Həkimlərin səyinə baxmayaraq o, səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.