Dayanıqlı İnkişafa dair Bakı Forumunda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə inteqrasiyası və onların icrasının sürətləndirilməsinə dair "Bakı prinsipləri" qəbul edilib.
Unikal.org xəbər verir ki, "Bakı prinsipləri"ndə BMT-nin İnkişaf Qrupu tərəfindən DİM-lərin icrasına dəstək üçün təqdim olunan "İnteqrasiya, Sürətləndirmə və Siyasi Dəstəyi (MAPS) platformasının tətbiqində Azərbaycanın 2017-ci ilin may-iyun aylarında həyata keçirilmiş MAPS missiyası ilə başlayan təcrübəsinə əsaslanmaq tövsiyə olunur.
DİM-lərin inteqrasiyası və onların icrasının sürətləndirilməsinə diqqət yetirməklə yanaşı, DİM-lərin maliyyələşdirilməsi və onların icrasına dair hesabatların verilməsi məsələlərini də diqqət mərkəzində saxlamaq "Bakı prinsipləri"ndə öz əksini tapıb.
"Bakı prinsipləri" qəbul edir ki, DİM-lərin inteqrasiyası və onların icrasının sürətləndirilməsi çoxillik prosesdir və həm Azərbaycan, həm də BMT tərəfindən uzunmüddətli və ardıcıl əməkdaşlığın təmin olunmasını şərtləndirir.