"Bu gün bəşəriyyəti düşündürən qlobal problemlərin həyata keçirilməsi və öz həllini tapması Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşması ilə bilavasitə əlaqədardır".
Unikal.org xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişafa dair Bakı Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gələcəyi DİM-lə həyata keçirməklə daha işıqlı və parlaq etmək olar və buna nail olunmalıdır: "Bunun əksi bəşəriyyət, insanlar üçün daha acınacaqlı və faciəli həyatın təqdim edilməsi ilə nəticələnə bilər. Ona görə də bütün bəşəriyyət gücünü, malik olduğu resursları səfərbər edib dünyamızı 2030-cu ilə qədər dəyişdirmək istiqamətində daha ciddi addımlar atmağa məhkumdur".
Ə.Əhmədov əlavə edib ki, dünya indi əhəmiyyətli və təhlükəli səviyyəyə gəlib çatıb ki, sadaladığım və sadalamadığım, insanlara bəlli olan beynəlxalq təhlükələr və çağırışların aradan qaldırılması istiqamətində ciddi addımlar atılmasa, dünya çox ağır duruma düşə bilər: "Bu mənada, DİM-in həyata keçirilməsi bütün dövlətlərin, hökumətlərin gücünün və rüsurslarının ciddi şəkildə səfərbər edilməsini ən vacib şərt olaraq qarşıya qoyur. Bunlarsız qarşıdakı illər ərzində hər hansı ciddi nailiyət əldə etmək mümkün deyil".
O qeyd edib ki, iki gün ərzində aparılan fikir mübadilələri gələcəkdə həyata keçiriləcək çox vacib praktik işlərin reallaşmasına öz töhfəsini verəcək: "Tədbiri keçirməkdə məqsədimiz ondan ibarətdir ki, regional əməkdaşlığı təmin etmək üçün DİM-in həyata keçirilməsinə nail ola bilək. Regional əməkdaşlıq bütövlükdə dünya miqyasında bu məsələlər ətrafında əməkdaşlığın təmin edilməsi istiqamətində atılan vacib və ilk addımlar ola bilər. Bu təşəbbüs, yəqin ki, burada qalmayacaq və bundan sonra da inkişaf etdiriləcək. Başqa dövlətlər bu təşəbbüsü dəstəkləyəcəklər. Sonrakı illərdə ayrı-ayrı yerlərdə regiona daxil olan ölkələr səviyyəsində DİM-lə əlaqədar forumlar təşkil ediləcək. Burada əsası qoyulan dialoq və fikir mübadiləsinin aparılması, təcrübə mübadilələrinin keçirilməsi ənənələri davam etdiriləcək. Beləliklə, biz DİM-in həyata keçirilməsinə xidmət edən çox əlverişli aləti və meydançanı əldə etmiş olacağıq".