Azərbaycanın Qəbələ rayonu ərazisində zəlzələ baş verib.

Unikal.org  AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 01:57:15-də Xınalıq stansiyansından 18 km cənub-qərbdə 3 maqnituda gücündə qeydə alınıb.

Yeraltı təkanların episentri 13 km dərinlikdə yerləşib və zəlzələ hiss olunmayıb.

Bundan əvvəl Azərbaycanda güclü zəlzələlərin baş verməsinin səbəbi açıqlanıb.