İtaliyanın baş naziri Cuzeppe Konte son qərarı qəbul edərək, İtaliya tərəfindən Transadriatik boru kəmərinin (TAP) tikintisinə "yaşıl işıq verib.
Bu barədə Unikal.org "Reuters agentliyinə istinadən xəbər verir.
Konte bildirib: "Əvvəlki hökumət tərəfindən planlaşdırılan və özündə müqavilə öhdəlikləri daşıyan bu layihəyə qarışmaq daha mümkün deyil.Nazirin sözlərinə görə, qaz kəmərinin tikintisinə maneçilik İtaliyaya "onlarla milyard avroya" başa gələ bilər.