Cəlilabad rayonunda qohumlar arasında torpaq sahəsi üstündə kütləvi dava düşüb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, rayonun Təklə kəndində baş verən dava zamanı 1961-ci il təvəllüdlü İbişov Səftər Səttar oğlu qayınının oğlanları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.
Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.