Dünya birjalarında neftin qiyməti bahalaşır.
Unikal.org xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti 0,73 dollar artaraq 77,62 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Light markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar bahalaşaraq 67,59 dollar olub.
"Azeri Light markalı neftin bir barrelinin qiyməti 0,15 dollar artaraq 78,27 dollar təşkil edib.