Cəlilabad rayonunda qohumlar arasında torpaq sahəsi üstündə kütləvi dava düşüb.
Unikal.org-un Muğan bürosunun məlumatına görə, rayonun Təklə kəndində baş verən dava zamanı 1961-ci il təvəllüdlü İbişov Səftər Səttar oğlu qayınının oğlanları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.
Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Gəncədə gənc oğlanı maşın vuraraq öldürüb.