Qusar rayonunun Qayakənd kəndində evdən yanmış kişi meyiti tapılıb.
Unikal.org Report-a istinadən məlumatına görə, 1964-cü il təvəllüdlü Bəhram Mahmudovun yanmış meyiti Qayakənd kəndində yaşadığı evində aşkarlanıb.
Onun bir neçə gün əvvəl yanaraq öldüyü ehtimal edilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Meyit tibbi ekspertizadan keçirilib.