Sosial şəbəkənin nəinki rəngləri, hətta axtarış sistemləri və dostlar lentinin formalaşdırılması prisnipi də Facebook-a bənzədilib.
Unikal.org azvision.az-a istinadən bildirir ki, sayt hazırda test rejimindədir.
"Adətən Şimali Koreya saytları Çin domenlərində yerləşir, lakin bu sosial şəbəkə ölkə daxili domendədir. Sayt ölkə daxili üçün nəzərdə tutulub", - deyə internetin analizi üzrə mərkəzin direktoru Maq Meydori bildirib.
Hələlik sosial şəbəkədə nə qədər istifadəçinin qeydiyyatdan keçdiyi bilinmir. Sosial şəbəkənin əsas səhifəsində Şimali Koreya lideri Kim Çen Inın şəklinin olduğu vurğulanır.