Hansı məmurlar Sabirabadı necə işğal edib?
12:07 12-09-2012
İQTİSADİYYAT
Hansı məmurlar Sabirabadı necə işğal edib?
İcra başçısı Nazim İsmayılov sakinlərin torpaqlarının mənimsənilməsinə niyə göz yumur?
Sabirabad rayonunun Cavad kəndində sakinlərə məxsus pay torpaq sahələri yerli məmurlar və imkanlı şəxslər tərəfindən zəbt edilib. Cavad kənd İcmasından verilən və sosial şəbəkələrdə yayılan məlumatlara görə, 10-15 il öncə qeyd olunan kənddə torpaq sahələri kənd sakinlərinə paylanıb.
Məlumatda bildirilir ki, həmin vaxt məmurlar məqsədli şəkildə kənd sakinlərinin əksəriyyətinə uzaq ərazidən torpaq sahələri veriblər.
Məlumatda o da deyilir ki, hazırda həmin ərazilərə su çətinliklə gedir: "Kənd sakinlərinə əkin üçün verilən pay torpaq sahələri uzaq olduğu üçün sakinlər həmin torpaq paylarından istifadə edə bilmirlər. Həmin ərazilərə suyun verilməsi də çətinləşib. Bu da sakinlərə həmin ərazilərdə əkin əkmək üçün problemlər yaradır. Bu səbəbdən də sakinlərin əksəriyyəti pay torpaqlarından istifadə edə bilmirlər".
Yayılan məlumatda həmçinin qeyd edilir ki, yaranmış bu vəziyyətdən istifadə edən yerli məmurlar və imkanlı şəxlər həmin əraziləri zəbt edərək orda tikililər tikdiriblər və mal, qoyun saxlatmaqla yanaşı həmin ərazilərdə əkin də əkdirirlər.
Cavad kənd İcmasının üzvləri məmurlar tərəfindən zəbt olunan həmin ərazilərdə olublar və orada şəkillər çəkərək müşahidələr aparıblar. İcma bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcək.
Dünən "Unikal" əməkdaşının mövzu ətrafında apardığı araşdırma nəticəsində məlum olub ki, məmurların işğal etdiyi iri torpaq sahələri yalnız Cavad kəndi ilə yekunlaşmır. "Hazırda bir çox vəzifəli şəxslər və onların himayəsindəki imkanlılar Sabirabadda geniş əraziləri ələ keçirməkdədir, bu torpaqların çox hissəsi isə sadə vətəndaşların dövlət tərəfindən verilən pay torpaqlarıdır. Rayonda fermer təsərrüfatları yaradaraq özlərinə yeni gəlir qaynaqları qazanmaq istəyən məmurların belə özbaşınalıqlarına rayon icra hakimiyyətinin səssiz qalması maraq doğurur və şübhələrə yol açır. İcra başçısı Nazim İsmayılovun özünün də fermer təsərrüfatları az deyil, bu da onun digər məmurların da sakinlərin halal torpaqlarının kimlər tərəfindən bilərəkdən ələ keçirilməsinə işıq yandırdığı şübhəsi yaradır. Hazırda Sabirabadda əhalinin istər torpaqlarla, istərsə də digər sosial-iqtisadi problemlərlə bağlı narazılığı yüksəkdir. İcra hakimiyyəti və onun rəhbəri isə bu narazılığın önünə keçmək, onun partlayış həddinə çatmasını önləmək üçün effektiv addımlar atmır" deyə qəzetimizə daxil olan məlumatlarda vurğulanır.
Xalid Qara
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40