Elə bir siqaret çəkən insan tapılmaz ki, siqareti tərgitmək istədiyini etiraf etməsin. Çoxları bu zəhərli adətlə mübarizə aparmaqda acizdir. Bir çox üsul və vasitələrdən istifadə etsələr də, bunun öhdəsindən gələ bilmirlər. Lakin araşdırmalar sübut edib ki, bəzi qidalar siqaret istəyini azaldır. Aile.lent.az həmin qidaların siyahısını təqdim edir:
 
Yulaf əzməsi: 20 gün ərzində hər gün gündə 2 yemək qaşığı isti suda saxlanmış yulaf yemək nikotin istəyinin azalmasını təmin edir.
 
Evkalipt: Evkalipt təbii bir antibiotik olması ilə yanaşı, tərkibində yağlar var. Bu uçucu yağlar ağciyər infeksiyalarına yaxşı təsir edir, qan təzyiqini artıraraq qanın çoxalmasını təmin edir.
 
Ekineziya: Soyuqdəymə və öskürək müalicəsində istifadə olunur. Bitkinin kökləri müxtəlif ağciyər infeksiyalarına kömək edir.
 
Keçibuynuzu: Xüsusilə siqaret çəkənlər üçün keçibuynuzu çox faydalıdır. 5 ədəd keçibuynuzu 1 litr suda qaynadılır və ac qarına içildikdə siqaretin verdiyi zərəri aradan qaldırmağa köməkçi olur.
 
Əmənkömənci: Qaynar suda 1 miqdar əmənkömənci qaynadılır və 5-6 saat sonra ac qarına 1 stəkan içilir. Bu qarışım ağciyərlərdəki siqaret təsirlərini zəiflədir. Əmənkömənci bundan başqa bəlğəmi artırır, ağciyər xərçənginin qarşısını alır.
 
Portağal: 20 gün ərzində hər gün yarım portağal yemək 1 ayda nikotin istəyini 79% azaldır.
 
İspanaq, kinoa, badam, qara düyü: Hər gün tünd yaşıl yarpaqlı tərəvəz və tam taxıl qaynağı bir qida yemək siqaret çəkmə istəyini azaldır.
 
Pomidor: Pomidor suyu və siqaret beyində eyni bölgəni xəbərdar etdiyi üçün siqareti tərgidənlərə ilk 20 gün 1 çay stəkanı pomidor suyu təklif edilir. Beləcə, həm siqaret asılılığı azalır, həm də pomidorun tərkibindəki likopen sayəsində antioksidan təsirindən faydalanmaq olar.
 
Alma: 2007-ci ildə edilən aparılan araşdırmalardan birində sübut edilib ki, nizamlı alma yedikdə  ağciyər funksiyaları yaxşılaşır.
 
Tam taxıllar və fındıqkimilər: Ehtiva etdikləri E vitamini ilə ağciyər xərçənginə qarşı qoruyucudur.
 
Zəncəfil: Çox qüvvətli bir antioksidan olan zəncəfil ağciyərləri təmizləyir. Müxtəlif toksinləri, bəlğəmi və arzuedilməyən parçacıqları ağciyərlərdən atmağa köməkçidir. Bu səbəbdən də zəncəfili çay olaraq içə və birbaşa yeyə bilərsiniz.
 
Sarımsaq: Sarımsaq qüvvətli bir antioksidan olması ilə yanaşı, tərkibində bol miqdarda olan alisin kimyəvi turşusu ağciyərləri təmizləyir.