Qobustan sakini Famil Şıxəliyev hazırladığı traktor ilə görənləri heyrətləndirib. Fərqli dizayna malik olan bu texnikanın bir çox özəllikləri var. Əsas özəlliyi isə yanacaq sərfiyyatıdır. Belə ki, traktor 100 km məsafəyə 2 litr benzin işlədir. Özünün də dediyi kimi, traktorun hazırlanmasına çox pul xərcləməyib, cəmi 350 manata başa gəlib.
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, o, əvvəlcə hazırlayacağı texnikanın detallarını toplayıb, zəruri avadanlıqdarı əldə etdikdən sonra qolunu çırmayıb, işə başlayıb. Hələ o vaxt konstruktorun bu ideyanı gerçəkləşdirə biləcəyinə çoxları inanmırdı.
Saatda təxminən 60 kilometr qət edən traktorun hazırlanmasına cəmi 20 gün vaxt sərf edib. 2 nəfər üçün nəzərdə tutulan traktorun yük götürmə qabiliyyəti təxminən 500 kilodur. Əsasən, "VAZ" markalı maşının hissələrindən yığılan texnikaya indi tələbat yüksəkdir. Elə qəhrəmanımız da deyir ki, onun məqsədi təsərrüfat işlərində fermerlərə yardımçı olmaqdır, ancaq hələlik bunu satmaq fikri yoxdur.
İndiki vəziyyətdə bu texnika ot, taxıl məhsullarının daşınması üçün nəzərdə tutulan traktoru təkmilləşdirməyi qarşısına məqsəd qoyan gənc ixtiraçı daha çox funksiyaları olan yeni bir texnika hazırlayacağını deyir.