Azərbaycanda ilk dəfə olaraq keçirilən beynəlxalq "İnnovasiyalar həftəsi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən "AstroLabs akseleratoru ilə birgə əməkdaşlığa dair memorandum imzalayıb.
Unikal.org xəbər verir ki, memorundum çərçivəsində birgə tədbirlərin keçirilməsi və Azərbaycanda fəaliyyət göstərən startapların Dubayda investorlarlar ilə görüşlərin təşkil edilməsi yönümdə işlər görüləcək, yeni bazarlara çıxmaq imkanları yarada biləcəklər.
Eyni zamanda memorundum çərçivəsində Yüksək Texnologiyalar Parkı beynəlxalq əlaqələrini genişləndirib, yeni beynəlxalq akselerator proqramları ilə əməkdaşlıq etməyə təkan yaradacaqdır.