Bakıda 19 yaşlı qız polisi aldadıb.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1997-ci il təvəllüdlü Türkan Yusifova polisə müraciət edərək Biləcəri qəsəbəsindəki yaşadığı evə naməlum şəxsin basqın etdiyini, ona bıçaqla xəsarət yetirərək evdən qızıl əşyalarını apardığını bildirib.
Araşdırma zamanı verilmiş məlumat təsdiqini tapmayıb. Müəyyən edilib ki, T. Yusifova bıçaqla özünə xəsarət yetirib və qızıl əşyalarını evin zirzəmisində gizlədib.
Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)