Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Unikal.org bildirir ki,oktyabrın 30-da qızılın qiyməti oktyabrın 29-u ilə müqayisədə 8,9165 manat azalaraq 1 unsiya üçün 2087,413 manat təşkil edib.

Gümüş 0,2657 manat ucuzlaşaraq 1 unsiya üçün 24,6736 manata bərabər olub.

Platinin qiyməti 4,522 manat artaraq 1420,877 manat, palladiumun qiyməti isə 12,5375 manat azalaraq 1864,6025 manat təşkil edib.(trend)

Ad

30.10.18

29.10.18

Qızıl

XAU

2087,413

2096,3295

Gümüş

XAG

24,6736

24,9393

Platin

XPT

1420,877

1416,355

Palladium

XPD

1864,6025

1877,14

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.