İran Azərbaycanı sərhədi bağlamaqla hədələdi
12:09 12-09-2012
CƏMİYYƏT
İran Azərbaycanı sərhədi bağlamaqla hədələdi
Rəsmi Tehran Bakını Türkiyə ilə viza rejiminin ləğvindən çəkindirmək üçün xəbərdarlıq edib
İran Azərbaycanı sərhədi bağlamaqla hədələyib. "İhlas" agentliyinin verdiyi məlumata görə, bu hədə Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının dünən Qəbələdə keçiriləcək iclası ərəfəsində ortaya çıxıb. Belə ki, iclasda Azərbaycanın Türkiyə vətəndaşları üçün vizanı ləğv etməsi məsələsinin müzakirəsindən son anda imtina edilib.
Buna rəsmi Bakının Türkiyəyə yolladığı ismarıc səbəb olub. İsmarıcda bildirilib ki, Tehran Azərbaycana Türkiyə ilə vizanın qarşılıqlı ləğvi ehtimalı ilə bağlı xəbərdarlıq edib. İran tərəfi bəyan edib ki, əgər Türkiyə ilə viza rejimi ləğv edilsə, eyni addım İrana da qarşı atılmalıdır. Əks təqdirdə, rəsmi Tehran Bakını Naxçıvanın Azərbaycanın digər bölgələri ilə yeganə yolu bağlamaqla hədələyib. Bu ismarıcdan sonra Türkiyə tərəfi viza rejiminin ləğvi məsələsinin müzakirəyə çıxarılmamasına razılıq verib. Çünki, İran xəbərdarlıq etdiyi addımı atsa, Naxçıvan Azərbaycandan tamamilə təcrid oluna bilər.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının dünən Qəbələdə keçiriləcək toplantısında Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan, Azərbaycanı isə prezident İlham Əliyev təmsil ediblər. İclasda iki ölkə arasındakı siyasi əlaqələr, hərbi və təhlükəsizlik, eləcə də, elm və mədəniyyət sahəsində əməkdaşlıq, iqtisadi, ticari və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Dağlıq Qarabağ münaqişəsi və qondarma "erməni soyqırımı" iddiaları ətrafında da fikir mübadiləsi aparılıb.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, "Sözügedən məsələ, yəni Tükiyə ilə Azərbaycan və İranla Azərbaycan arasında vizasız keçid rejiminin tətbiq edilməsi bu günün söhbəti deyil. Neçə illərdir ki. bu məsələ gündəmdədir. Azərbaycanla Türkiyə arasında vizasız keçid rejimini tətbiq edilməsində heç bir problem yoxdur, amma bu problemin həllinə yenə də İran əngəllər yaradır və Naxçıvanla bağlı ciddi təhdidlər irəli sürür. Sözün düzü, İran açıqca Azərbaycana meydan oxuyur. Türkiyədə də müəyyən dairələr vəziyyətin incəliyini anlamayaraq və yaxud anlamaq istəməyərək bu söhbəti gündəmə çıxardırlar". Politoloqun dediyinə görə, "İran tərəfi dəfələrlə yüksək səviyyədə bildirib ki, Azərbaycanla vizasız rejim tətbiq etməyə hazırdır. Azərbaycan tərəfi isə bu təklifə cavab kimi bildirib ki, müəyyən texniki problemlərə görə hələ ki, bu rejimin tətbiq edilməsinə hazır deyil. Əlbəttə, bu "hazır olmamaq" sırf diplomatik cavabdır və düşünürəm ki, Azərbaycan olduqca düzgün hərəkət edir. Məsələ burasındadır ki, Azərbayanla İran arasında vizasız rejimin tətbiq ediləcəyi halda qonşu ölkədən Azərbaycana axın şəklində sirayət edəcək dini, terrorist və narkotik sızmalarının qarşısını almaq mümkün olmayacaq. İran vizasız rejimin tətbiq edilməsində israr edərkən məhz bu fürsəti əldə etmək istəyir. İranın yaxın tarixi sübut edir ki, qonşu ölkədəki teokratik rejim islam inqilabını yaxın ətrafına ixrac etmək xətti götürüb və Azərbaycanda bunun təzahürünün dəfələrlə şahidi olmuşuq. Fikrimcə, Yaxın və Orta Şərq regionunda fundamental dəyişikliklər baş verməyincə, Iranın təklifinə razılaşmaq olmaz. Gözlənilən dəyişikliklər isə birinci növbədə İrandakı molla rejiminin hakimiyyətdən getməsi ilə başa çatacaq. Xatırlayırsınızsa, bu günlərdə İranın xüsusi xidmət orqanlarının İran iqtisadiyyatının indiki durumu barədə hazırladığı raport Qərb mətbuatına sızmışdı. Raportda bildirilirdi ki, dünya birliyinin nüvə proqramına görə İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların nəticəsində İran itisadiyyatı kollaps vəziyyətindədir və təcili tədbirlər görülməzsə, ölkə sürətlə dağılmağa doğru gedəcək. Zənnimcə, bu hesabatda heç bir şişirtmə elementləri yoxdur. Hesabatın müəllifləri İranın iqtisadi reallığını dəqiq təsvir ediblər və İran yürütməkdə olduğu nüvə kursundan dönməsə, bu ölkədə təhlükəli siyasi-sosial partlayışın baş vermə ehtimalı çox yükəskdir. Əslində Qərbin də məqsədi budur: İranla bahalı və nəticəsi qeyri-müəyyən müharibəyə başlamaqdansa, onu içəridən çökürtmək daha səmərəli və təhlükəsizdir".
Qabil Hüseynlinin sözlərinə görə, "İran Azərbaycanı təhdid edərkən əsasən Naxçıvanı hədəfə götürür. Yəni qarşılıqlı razılaşma əsasında Naxçıvana ötürdüyü zəruri enerji və yanacaq daşıyıcılarını dayandıracağı və naxçıvanlıların İrandan keçməklə Bakıya gəlişini əngəlləyəcəyini bildirir. Fikrimcə, Azərbaycanla Türkiyə səylərini birləşdirib bu problemi də həll edə bilər. Yəni Naxçıvanın zəruri tələbatlarının İrandan deyil, Türkiyə ərazisndən həll etmək mümkündür".
Natiq
Digər Xəbərlər
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00
2024-12-24 15:39:35
2024-12-24 15:13:09
2024-12-24 14:57:25
2024-12-24 14:54:37
2024-12-24 14:45:07