Azərbaycanın idman mərc oyunlarının təşkilinə 8 ilə yaxındır ki, investisiya yatıran "Turkcell "Azerinteltekdəki payını satışa çıxarıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, artıq şirkət öz payını "Baltech Investment LLC-yə satıb.
"Turkcell' şirkəti "Azerinteltekdəki paylarının satışı haqqında açıqlama da verib:
"İnteltek İnternet Teknoloji Yatırım və Danışmanlık Ticaret A.Ş. (Turkcell) şirkətdə 55 faiz paya malik olub. "Azerinteltekdə sahib olduğu 51.000 AZN nominal dəyərdəki paylarının hamısını satışını həyata keçirib. Şirkət səhimlərini "Azerinteltekdə yüzdə 24,5 faiz paya malik olan "Baltech Investment LLC-yə 19 milyon 530 min 177 avroya satıb. Hazırda satış alqı-satqısı ilə bağlı müqavilə üçün danışıqlar gedir, ətraflı ictimayyətə məlumat veriləcək.
Qeyd edək ki, "Azerinteltek QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. "Azərinteltek QSC-nin ticarət nişanı olan "TOPAZ 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.